Soydaşlarımız Ramil İskəndərov və Emil İsmayılov boks üzrə Gürcüstan çempionu olublar. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, Dmanisidən olan boksçu Ramil İskəndərov 90+ kq çəki dərəcəsində yarışaraq finalda rəqibi Emir Vazagovu məğlub edib.
Qardabanidən olan boksçu Emil İsmayılov isə 55 kq çəki dərəcəsinin final görüşündə rəqibi Giorgi Kilasoniyanı məğlub edərək çempion titulunu qazanıb.
XQ

