Sərbəst güləşçilərin U17 çempionatında ilk finalçılar

post-img

“MyGroup” Holdingin baş sponsorluğu və “AzerGold” şirkətinin fəxri sponsorluğu ilə yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı davam edir.

Gəncə İdman Sarayında təşkil olunan yarışın üçüncü günündə sərbəst güləşdə 45, 51, 60, 71 və 92 kiloqramda finalçılar müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 45 kiloqramda Sərxan Musayev (Qax, ROİL) – Tunar Həsənov (Gəncə, AHİTA), 51 kiloqramda İbrahim Həsənov (Gəncə, “Mywrestling”) – Əkbər Əsgərov (Abşeron,”Neftçi”), 60 kiloqramda Ruhid İspərov (Lənkəran) – Vahid Məmmədov (Mywrestling), 71 kiloqramda Həsən Həsənov (Gəncə, “Neftçi”) – Tunar Quliyev (Gəncə, “Neftçi”), 92 kiloqramda Elgün Kərimli (Lənkəran) – Fərid İsmayılov (Neftçi) finalda güclərini sınayacaqlar.

XQ

 



İdman