Şahmat üzrə Azərbaycan çempionatında son finalçı məlum olub.
Yarımfinalda iki partiyadan sonra qalibin müəyyənləşmədiyi Şəhriyar Məmmədyarov-Aydın Süleymanlı duelində tay-brek keçirilib.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, tay-brekdə qələbə qazanan Şəhriyar Məmmədyarov 3,5-2,5 hesablı qələbəylə adını finala yazdırıb.
Sabah Azərbaycan çempionatında final partiyalarına start veriləcək. Kişilərin yarışında çempionluq uğrunda Şəhriyar Məmmədyarov Məhəmməd Muradlıyla, qadınlarda isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə mübarizə aparacaq.
Üçüncü yer uğrunda görüşlərdə Aydın Süleymanlı–Read Səmədov və Gülnar Məmmədova–Türkan Məmmədyarova partiyaları keçiriləcək.
Qeyd edək ki, Azərbaycan çempionatının bağlanış mərasimi fevralın 22-də “Landmark” Biznes Mərkəzində təşkil olunacaq.
Qabil YUSİFOĞLU
XQ

