Anar Ələkbərov “Dubai Autodrome”da sükan arxasına keçdi

post-img

Birləşmiş Ərəb Əmirliyində yerləşən məşhur “Dubai Autodrome” trasında avtoidman həvəskarları üçün növbəti maraqlı yürüş baş tutub.

XQ xəbər verir ki, yürüşlərdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov sürət və adrenalin dolu anlar yaşadığını bildirərək təəssüratlarını bölüşüb.

O bildirib ki, avtoidman dünyanın müxtəlif ölkələrindən olan insanları - yeni başlayanları, həvəskarları, peşəkarları və tamaşaçıları bir araya gətirən unikal sahədir.

Anar Ələkbərov bir neçə avtomobillə yürüş etdiyi “Dubai Autodrome”un rəhbərliyinə sürət və emosiyalarla zəngin tras ab-havasını yaşamaq imkanı yaratdıqlarına görə səmimi təşəkkürünü bildirib.

Onun sözlərinə görə, bu ziyarət yalnız idman marağı ilə məhdudlaşmır, eyni zamanda gələcək fəaliyyət istiqamətləri baxımından da əhəmiyyət kəsb edir. Son olaraq qeyd olunub ki, bu təcrübə yeni əməkdaşlıq imkanları və inkişaf perspektivləri yaradır.

 











İdman