Valyuta ehtiyatları xarici borcdan 15 dəfə çoxdur

post-img

Mərkəzi Bankın məlumatına görə, 2025-ci il iyul ayının 1-dək ölkənin strateji valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz və ya 7 milyard 931 milyon dollar artaraq 77 milyard 669,5 milyon ABŞ dolları təşkil edib.

Bu il iyul ayının 1-dək xarici dövlət borcunun səviyyəsi 5010,7 milyon ABŞ dollarına (8518,19 milyon manat) bərabər olub və bu il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib. Beləliklə, hesabat dövründə Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 15,5 dəfə üstələyib.

Xatırladaq ki, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10,5 dəfə, 2024-cü ildə isə 13,9 dəfə çox olub.

 

İqtisadiyyat