№ 225 Bakı şəhəri, 28 iyul 2025-ci il
Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 154-VIIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 375 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Büdcə təşkilatları tərəfindən “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçirilsin:
1. Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən.
2. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri