Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 226 Bakı şəhəri, 29 iyul 2025-ci il

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanununun tətbiqi və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 262 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanununun tətbiqi və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 262 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 791 (Cild I); 2024, № 11, maddə 1263, № 12 (II kitab), maddə 1440) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.26-1-ci yarımbənd əlavə edilsin:

“3.1.26-1. uşaqlara xidmət göstərilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər”i nəzərə almaq;”.

2. “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 361 (Cild I); 2024, № 2, maddə 227, № 3, maddə 346) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;

2.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilsin:

“5.7-1. Peşə təhsili müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

3. “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 may tarixli 219 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 953 (Cild I); 2024, № 3, maddə 347) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;

3.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilsin:

“5.7-1. Orta ixtisas təhsili müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

4. “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1003 (Cild I); 2024, № 2, maddə 230, № 10, maddə 1161) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;

4.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.3-1-ci yarımbənd əlavə edilsin:

“3.1.3-1. uşaqlara sosial xidmət göstərilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər”i nəzərə almaq;”.

5. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1004 (Cild I); 2024, № 2, maddə 230, № 10, maddə 1161) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;

5.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.3-1-ci yarımbənd əlavə edilsin:

“3.1.3-1. uşaqlara sosial xidmət göstərilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər”i nəzərə almaq;”.

6. “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 286 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 975 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;

6.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.2-1-ci yarımbənd əlavə edilsin:

“3.1.2-1. uşaqlara sosial xidmət göstərilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər”i nəzərə almaq;”.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 299 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 719) ilə təsdiq edilmiş “Dövlət tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 7.8-1-ci bənd əlavə edilsin:

“7.8-1. Müəssisədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 300 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 720) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə aşağıdakı məzmunda 6.8-1-ci bənd əlavə edilsin:

“6.8-1. Ümumi təhsil müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 68 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair Tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla ona zidd olmayan hissədə tətbiq edilir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları