Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1196 (Cild I) ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3-cü bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Gənclər evi” bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. “Gənclər evi” sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.”.
2. 2.6-cı bəndə “işin həcminə” sözlərindən sonra “, sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlərə” sözləri əlavə edilsin.
3. 2.11.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.11.4-cü yarımbənd əlavə edilsin:
“2.11.4. sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 1 ” “ may ” 2026-cı il
№ 125

