Çin şirkətlərinin yatırımı artır

post-img

Çinin 12 vilayətindən olan 20 müəssisə Azərbaycana investisiya yatırmaqda maraqlıdır. Bu fikri Çinin ölkə xaricində müəssisələrin inkişafı üzrə assosiasiyanın baş katibi Xe Çjenvey Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.

“Bu foruma mənimlə Çində 20 müəssəsisənin nümayəndəsi gəlib, onların az qala hamısı özəl şirkətlərdir. Onlar həmçinin Azərbaycana investisiyalarda maraqlıdırlar. İnvestisiya forumunun məhz Azərbaycanda keçirilməsini son dərəcə vacib hesab edirəm – bu dialoq üçün əla meydançadır. Biz iştirakçıların müxtəlif ölkələrdən gəldiyini görürük – Çinlə yanaşı, Avropadan gələnlər də var. Sözsüz ki, bu xarici investisiyaların cəlb olunması üçün vacib tədbirdir”, – deyə o bildirib.

Onun sözlərinə görə, hazırda diqqət neft sektorundan digər istehsal sahələrinə yönəlir ki, bu da ölkə üçün xüsusilə əhəmiyyətlidir. Prioritetlər sırasında Xəzər nəqliyyat daşımaları, həmçinin “yaşıl” energetikanın inkişafı dayanır.

XQ

İqtisadiyyat