Ölkə ərazisində 109 mindən çox yeni nəsil NKA quraşdırılıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

XQ xəbər verir ki, indiyədək ölkə ərazisində 109.164 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 22 milyard 566,8 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyard manat, yaxud 12,7 faiz çoxdur.

İqtisadiyyat