Mərkəzi Bank Kürdəmirdə vətəndaşlarla səyyar görüş keçirib

post-img

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən mütəmadi tədbirlər çərçivəsində Kürdəmir rayonunda vətəndaşlarla səyyar görüş keçirilib.

AMB-dən XQ-yə bildirilib ki, vətəndaşların müraciətləri əsasən kredit götürmə və zaminlik şərtləri, kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərə güzəştlərin tətbiqi, akseptsiz tutulma, həmçinin sığorta ödənişinin verilməsindən imtina məsələləri ilə bağlı olub.

Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların müraciətlərinə fərdi qaydada baxılıb və onlara qanunvericiliyə uyğun atıla biləcək addımlara dair məlumat verilib.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlərlə bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.

İqtisadiyyat