Milli Məclisin qərarı: Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır

post-img

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar qərar qəbul edib.

Bu məsələ parlamentin mayın 1-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qərarın mətnini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov oxuyub.

Qərara əsasən, Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Azərbaycan Respublikası Milli Məclisinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulur. Eyni zamanda, Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılması və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmaması qərara alınıb.

Siyasət