Potidən Bakıya ekspres qatar gəlib

post-img

Dünən Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbər heyətlərinin iştirakı ilə Poti–Bakı ekspres blok-qatarının yola salınması mərasimi keçirilib.

Mərasimdə yeni ekspres qatarının işə salınmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu xidmət sayəsində yük sahibləri yalnız vaxtlarına deyil, həm də terminalda yük və boş konteynerlərin saxlanması kimi xərclərə qənaət edə biləcəklər.

ADY-dən verilən məlumata görə, Poti–Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək. Bu, həm də yük sahiblərinə Potidən Bakıya və geriyə müəyyən edilmiş vaxtlarda, heç bir gecikmə olmadan konteynerlər əldə etməyə imkan verən sadələşdirilmiş logistika xidmətidir.

XQ

 

İqtisadiyyat