Bu ilin yanvar ayında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 32,9 faiz artaraq 13,3 milyon dolları üstələyib.
Bu barədə XQ-yə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində BƏƏ ilə ticarətin payı 0,37 faiz təşkil edib.

