Azərbaycan–Əlcəzair siyasi məsləhətləşmələri

post-img

Aprelin 21-də Əlcəzair şəhərində Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci iclası keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Əlcəzair tərəfindən isə Xarici İşlər Nazirliyinin Baş katibi Lounes Maqraman rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, ticarət və parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında neft-qaz, eləcə də bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.

Y.Rəfiyev, həmçinin səfər çərçivəsində Əlcəzair xarici işlər, xaricdəki milli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb, Milli Mücahidlər Muzeyi ilə tanış olub.

XQ

Son xəbərlər