Binəqədi və Nəsimi rayonlarında oğurluq edilib

post-img

Aprelin 29-da Binəqədi rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1192 manat maddi zərər vurulub.

Məlumatı DİN Mətbuat Xidməti verib. 

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 43 yaşlı A.Məmmədov saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı evdən 650 manat dəyərində qızıl zinət-əşyasını oğurlamaqda şübhəli bilinən 35 yaşlı A.Əhmədov saxlanılıb.

Bundan başqa, Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 450 manat dəyərində kombi aparatını oğurlayan 34 yaşlı S.Abbaslı da saxlanılıb.

Araşdırmalar aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər