Ceyhun Bayramov Polşanın yeni səfiri ilə görüşüb

post-img

İyunun 13-də xarici işlər naziri Ceyhun Bayramov Polşanın ölkəmizdə yeni təyin olunmuş səfiri Pavel Radomski ilə görüşüb.

Görüşdə səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı Azərbaycan-Polşa siyasi dialoqunun hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyəli qarşılıqlı səfər və təmasların münasibətlərimizin dayanıqlı xarakter daşıması üçün möhkəm zəmin yaratdığı bildirilib.

Azərbaycan-Polşa dövlətlərarası əlaqələrinin hərtərəfli və sistematik inkişafında Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya və Parlamentlərarası əlaqələr üzrə işçi qrupları kimi mexanizmlərin əhəmiyyətindən bəhs olunub.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq inkişaf və çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər