Energetika naziri Qusarda qəbul keçirib

post-img

Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşların müraciətlərini dinləyib.

Nazirlikdən bildiriblər ki, Qusar rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş görüşdə vətəndaşların elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisi və təbii qaz təchizatı, elektrik xətlərinin çəkilişi, qurğu və avadanlıqların istismar vəziyyəti, kabelləşdirmə, enerji təchizatında yaranan fasilələr, işlə təminat, kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı layihə təklifi və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Quba, Qusar və Xaçmazdan olan 37 vətəndaş iştirak edib.

XQ

Son xəbərlər