Futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçı müəyyənləşib.
Yarımfinal mərhələsinin cavab oyununda Sabah FK doğma meydanda Qarabağ FK ilə üz-üzə gəlib. Masazır qəsəbəsində yerləşən Bank Respublika Arena stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2.
Beləliklə, iki oyunun nəticəsinə əsasən “Sabah” finala yüksələrək həlledici görüşdə Zirə FK ilə qarşılaşacaq.
XQ

