Rəqəmsal inkişaf və nəqliyyat naziri Şabranda sakinlərlə görüşüb

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şabran şəhərində Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

XQ

Son xəbərlər