Ədliyyə naziri Salyanda qəbul keçirib

post-img

Yanvarın 9-da ədliyyə naziri Fərid Əhmədov Salyan şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Şirvan, Salyan, Hacıqabul, Sabirabad, Neftçala və Biləsuvar rayonlarından ümumilikdə 74 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

XQ

 

Son xəbərlər