Fevralın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb.
Görüş zamanı, Azərbaycan-BƏƏ hərtərəfli strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə bölgədə cari təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu səfərlər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb. Ötən ilin noyabr ayında iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası çərçivəsində əldə edilmiş razılıqların icrası məsələləri nəzərdən keçirilib, bu il Bakıda keçiriləcək ikinci iclasa hazırlıq işləri məmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov 8 avqust Vaşinqton sammitindən sonra sülh gündəliyi barədə qarşı tərəfi məlumatlandırıb.
XQ

