Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, parlamentin Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və qrupun üzvü Sevinc Fətəliyeva fevralın 8-də Meksika Birləşmiş Ştatlarının Mexiko şəhərinə səfər edəcəklər.
XQ xəbər verir ki, səfər çərçivəsində deputatlar Meksika Konqresinin Deputatlar Palatasında Meksika–Azərbaycan parlamentlərarası dostluq qrupunun yenidən formalaşdırılması üzrə San-Lasaro Qanunvericilik Sarayında keçiriləcək təsis iclasına qatılacaq, həmçinin bir sıra görüşlər və tədbirlərdə iştirak edəcəklər.
Səfər fevralın 14-də başa çatacaq.

