Azərbaycan–Gürcüstan birgə əməkdaşlıq müzakirəsi

post-img

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) və Gürcüstanın rabitə tənzimləyici qurumu olan Kommunikasiya Komissiyasının (“ComCom”) rəsmiləri arasında görüş olub.

Görüşdə İKTA-nın Tənzimləmə departamentinin direktoru Tural Zərbəliyev son dövrlərdə Azərbaycan istiqamətində artan dələduzluq məqsədli zənglərlə bağlı narahatlıqları diqqətə çatdırıb.

Bildirilib ki, sözügedən zənglərin əksər hissəsi Azərbaycanın milli nömrələmə formatını təqlid edən və Gürcüstanın beynəlxalq telefon kodu 995 ilə təqdim olunan nömrələrdən həyata keçirilir. Müzakirələr zamanı dələduzluq hallarının qarşısının alınması məqsədilə təklif olunan həll yolları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin regional telekommunikasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyini vurğulayıblar.

XQ

Son xəbərlər