7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur
Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxması dərin rəmzi məna daşıyır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.
"SÜLH sözünün böyük baş hərflərlə yazıldığı fonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxır. Təsadüf kimi görünə bilən bu an dərin simvolik məna daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev qurucu üzv dövlət kimi Sülh Şurasının təsis iclasında iştirak edir. Sülh Şurasının Təsisçi Sədri kimi Prezident Donald Tramp bir daha Azərbaycan-Ermənistan sülh gündəliyini vurğuladı", - paylaşımda qeyd olunub.
***
Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial media hesabında yazıb.
Prezidentin köməkçisi, həmçinin qeyd edib: “Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”.
***
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial şəbəkəsində Vardanyanla bağlı məhkəmə qərarını 30 illik münaqişənin məntiqi yekunu kimi qiymətləndirib.
“Bakı məhkəməsinin oliqarx Ruben Vardanyanla bağlı qərarı təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük iztirablar gətirmiş təxminən 30 illik münaqişənin rəmzi və məntiqi yekunudur”, - paylaşımda bildirilir.
XQ

