Energetika naziri Pərviz Şahbazov Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Qəbul zamanı vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, kəndin qazlaşdırılması, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Neftçala, Biləsuvar rayonlarından və Bakı şəhərindən olan 11 vətəndaş iştirak edib.
XQ

