İnsan beynini təqlid edən süni intellekt modeli

post-img

Çinli alimlər dünyada insan beynini təqlid edən ilk irimiqyaslı süni intellekt dil modelinin yaradıldığını elan ediblər. Bu barədə "The Independent" nəşri məlumat yayıb.

"SpikingBrain 1.0" adlanan bu model əhəmiyyətli dərəcədə daha az enerji sərf etmək və "Nvidia" çiplərindən istifadə etmədən işləmək üçün hazırlanıb. Çin Elmlər Akademiyasının tədqiqatçıları tərəfindən inkişaf etdirilmiş yeni model insan beyninin prinsipini təkrarlayır və yalnız tapşırığı yerinə yetirmək üçün zəruri olan sinir hüceyrələrini aktivləşdirir.

XQ

Maraqlı