İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir. Burada əsas məqsəd yalnız əkin sahələrinin artırılması deyil, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və daha keyfiyyətli məhsul əldə etməkdir.

XQ xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədən sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini qeyd edib ki, bu gün yeni Dövlət Proqramının Dağlıq-Şirvan iqtisadi regionu üzrə təqdimatı keçirildi: “Dağlıq-Şirvan iqtisadi rayonu üzrə çağrışları səsləndirik. Xüsusilə qeyd etmək istərdim ki, Ağsu rayonunda buğda istehsalının artırılması üçün ayrıca layihə həyata keçiriləcək. Bu, pilot layihə kimi Dövlət Proqramında nəzərdə tutulub. Yəni Ağsu ixtisaslaşmış rayonlar üzrə buğda istehsalının artırılması nəzərdə tutulan rayonlardandır”.

İlhamə Qədimova bildirib ki, Dağlıq-Şirvan iqtisadi rayonuna xas olan digər sahələrdən biri də üzümçülükdür. Bu rayonlarda üzümçülüyün inkişafı və şərabçılıq təsərrüfatlarının yaradılması ilə bağlı işlər görüləcək. “Sahibkarlarla müzakirələr aparıldı, çağırışlar səsləndirildi və daha inkişaf edən bir modelə keçmək üçün hansı addımlar atılmalıdırsa bu barədə tövsiyələr verildi”, - deyə o vurğulayıb.

Sosial həyat