Əsrlərin yadigarını qoruyaq, qədrini bilək
Yenə “Xan bağı”ndayam... Səhərin gözü yenicə açılıb. Sakit bir havadır. Xəfif, heç sezilməyən külək yalnız uca çinarların zirvəsindəki yarpaqları güc-bəla ilə titrədir. Yan-yana düzülmüş qoca çinarlar pıçıltısı yenicə yuvalarından boylanan quşların səsinə qarışır...
Hər dəfə, “Xan bağı”nda rast gəldiyim adamlar, nədənsə orta yaşlı və yaşlı adamlardır. Biri salam ve rib keçir, digəri gülümsəyərək, sadəcə, başını tərpədir, başqa birisi öz aləmindədir, ətrafındakılar onu maraq landırmır, nəsə hesablayır...
Parkda, az da olsa, cavanlar da var. Amma onların əksəriyyəti daha çox skamyalarda yayxanaraq telefon larında nəsə axtarırlar. Yaşlılar isə gəzişir, parkı bəzən dörd dolanır, yorulanda buradakı çayxanaların birində pürrəngi çay içə-içə həmyaşıdları ilə söhbətləşirlər.
Əslində, “Xan bağı” indi gördüyümüz kimi olma yıb. Hələ 1727-ci ilə aid Osmanlı mənbələrinin birində göstərilir ki, bu bağın sahəsi 10 hektardır və burada 49 çinar, 404 sərv, 554 meyvə ağacı var. Amma hanı indi Çinarları barmaqla saymaq mümkündür. Meyvə ağaclarını axtarsan da tapa bilməzsən. Sərv də onun kimi.
Qeyd edək ki, 1804-cü ildə Gəncə xanlığı rus qoşunları və general Sisiyanov tərəfindən işğal olunan zaman şəhərin yalnız tikililəri deyil, həm də “Xan bağı” ciddi ziyan görüb. Dəhşətli top atəşlərindən sonra bağ və oradakı 400-500 yaşlı çinar ağaclarının bir qismi od tutaraq yanıb. Sonralar rus çarının fərmanına əsasən, bağ 1847-ci ildən Qafqaz sərdarı knyaz M.S. Vorontsovun şərəfinə adlandırılıb. O zaman dövlət bankından ayrılan vəsait hesabına Krımdan buraya 1 milyon 200 min ədəd müxtəlif növ ağac, meyvə, gül və bəzək kolları gətirilib. Qafqaz sərdarı M.Vorontsov tərəfindən 1846-cı ildə indiki yerinə köçürülən bağ rəs mi olaraq “Xan bağı” adlandırılsa da, “Sərdar bağı” və “Vorontsov bağı” kimi də tanınıb.
...“Xan bağı” bütün parklardan seçilir. Buranın ab-havası o qədər gözəl, ürəkaçandır ki, adam ayrıl maq istəmir. Təsadüfi deyil ki, “Xan bağı”nın oksigen ehtiyatı bol olduğu üçün onu “Gəncənin ağciyəri” də adlandırırlar.
Yuxarıda qeyd etdik. Bağ Qafqazda öz ərazisinə görə ən böyük bağ olub. zünüz fikirləşin, 10 hektar nə deməkdir İndi cəmi hektar ərazini əhatə edir. Bağda 1-cü ildə çar Aleksandr tərəfindən im zalanan layihəyə əsasən şəhərin yeni baş planı hazır lanarkən növbəti dəfə dəyişiklik edilib. “Xan bağı”na yeni ağac və gül növləri, o cümlədən, katalon, ağ akasiya, kipris, Eldar şamı, nar, yapon xurması, çəhrayı çiçəkli oleandr, eləcə də digər ağac və gül kolları gətirilib.
Hətta deyilənə görə, çar III Aleksandr 1888-ci ilin oktyabrında qatarla Gəncəyə gəlib, onu böyük təntənə ilə qarşılayıblar və çar şəhərin yeni vağzalının açılışını edib. Həm də “Xan bağı”nı görmək istədiyini vurğu layıb. Lakin çara bildiriblər ki, hazırda orada böyük təmir-yenidənqurma işləri gedir və Aleksandr fikrin dən daşınıb və o, qatarla Gəncədən Tiflisə yola düşüb. Təəssüf ki, o zaman da bağda ağacların böyük bir his səsi kəsilib, tikinti işləri aparılıb.
...Hazırda “Xan bağı”nda 1588-ci ilə aid Gəncə qala divarlarının qalığı olan Şirəli bəy bürcü və Azər baycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmə dovun məzarüstü abidəsi, Azərbaycanın ilk qadın Xalq şairi Nigar Rəfibəylinin abidəsi, açıq səma altındakı Yaşıl Teatr, müxtəlif fəvvarələr, son vaxtlar salınmış gözəl səkilər, gül-çiçək guşələri var. Şəhərin bir çox mədəni-kütləvi tədbirləri “Xan bağı”nda keçirilir.
“Xan bağı” illərin sınağına tab gətirərək bu günlərə gəlib çıxa bilib. Hərdən 4-5 əsr əvvəlki vaxtlarını xatır layıb “yenə o bağ olaydı” desək də, buna da min şükür. Çünki o bir nağıldır, Gəncə tarixinin şirin bir nağılı..
Hamlet QASIMOV
XQ-nin bölgə müxbiri
Gəncə