Azərbaycan Respublikasının Kino Agentliyinin dəstək göstərdiyi, rejissor Hilal Baydarovun “Boşluğa xütbə” adlı bədii filmi dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olan 82-ci Venesiya Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.
AZƏRTAC xəbər verir ki, film “Müsabiqədənkənar – Bədii Filmlər” (Out of Competition – Fiction) bölməsində təqdim olunacaq.
Rejissorun “Xütbə” trilogiyasının sonuncu filmi olan “Boşluğa xütbə” Azərbaycan, Meksika və Türkiyənin ortaq istehsalıdır.
Qeyd edək ki, bu, Hilal Baydarovun Venesiyada nümayiş olunan ikinci filmidir.