Sentyabrın 1-dən 5-dək İtaliyanın Kassine şəhərində Azərbaycan Mədəniyyəti Həftəsi keçirilib. Mədəni marafonu “Sən1Sən” Beyin Mərkəzi XVII əsrə aid “Palazzo Mandrilli”də təşkil edib. Məqsəd ölkələrimiz arasında mədəni əlaqələrin gücləndirilməsinə və Azərbaycan incəsənətinin dost ölkədə daha geniş tanıdılmasına töhfə verməkdir.
Mədəniyyət həftəsi ərzində Xalq rəssamı Arif Hüseynovun “Qırmızı rəngin əfsanələri”, fotoqraf Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı fərdi sərgiləri, Azərbaycanlı rəssam və fotoqraflarının “Milli ruh”, “Fəsillərdə Azərbaycan”, Azərbaycan və İtaliya uşaqlarının “Balaca sehr” adlı sərgiləri təşkil edilib. 5 gün ərzində 200-dək rəsm və foto nümayiş etdirilib.
Həftənin tədbirlərində şəhərin meri, Kassine, Genoa, Milan, Turində yaşayan həmyerlilərimiz, incəsənətə maraq göstərən İtaliya vətəndaşları və xarici turistlər iştirak ediblər.
XQ