Beynəlxalq Bayburt Sənətçilər Dərnəyinin təşkilatçılığı ilə Professor Türkan Saylan Maltepe Mədəniyyət Mərkəzində Ülkü Koçan tərəfindən təşkil edilən İstanbul Beynəlxalq 7-ci Nizamettin Qutlu Mədəniyyət və Sənət Makafatlandırma mərasimi keçirilib. Mərasimdə araşdırmaçı-yazar Xalidə Xalid Ədəbiyyat üzrə Xüsusi Mükafata layiq görülüb.
XQ xəbər verir ki, tədbirdə incəsənət, ədəbiyyat, mədəniyyət və mətbuat dünyasından bir çox tanınmış şəxs bir araya gəlib. Çıxışçılar mədəniyyət və incəsənətin cəmiyyət üzərində birləşdirici gücünə diqqət çəkərək bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Araşdırmaçı-yazar Xalidə Xalidə təqdim edilən Ədəbiyyat üzrə Xüsusi Mükafat onun ədəbiyyat sahəsindəki uğurlu fəaliyyəti, araşdırmaları və mədəni irsə verdiyi töhfələrə görə yüksək qiymətləndirilib. X. Xalid çıxış edərək qələmə aldığı əsərlər və mədəni dəyərlərin yaşadılmasına yönəlmiş fəaliyyətinə verilən qiymətə görə təşkilatçılara təşəkkür edib.

