Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bu əlamətdar gün Azərbaycan xalqının müstəqilliyini və milli kimliyini müdafiə etmək uğrunda göstərdiyi qəhrəmanlığın, birliyin və sarsılmaz qətiyyətin təcəssümüdür.
Bu gün Azərbaycan güclü təsisatlara və sabit iqtisadiyyata malik müasir, dinamik dövlət kimi inamla inkişaf edir.
Sənaye, energetika, infrastruktur, təhsil və mədəniyyət sahələrində böyük nailiyyətlər uzaqgörən dövlət siyasəti və ölkənin beynəlxalq aləmdə fəal rolu sayəsində mümkün olub.
Sizin liderliyiniz, müdrik rəhbərliyiniz və davamlı inkişafın, sosial sabitliyin və müstəqilliyin möhkəmləndirilməsinin təmin edilməsi istiqamətində ardıcıl səyləriniz ən yüksək qiymətə layiqdir.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, daim ruh yüksəkliyi və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, bütün Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Dərin hörmətlə,
Mixail Qutseriyev
Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti