Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zat-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim və Sizə möhkəm cansağlığı, xoşbəxtlik, doğma Azərbaycanımızın gələcəyi naminə davamlı uğurlar arzulayım.

Sizin rəhbərliyinizlə Azərbaycan siyasi, iqtisadi və digər sahələrdə inkişaf edərək misli görünməmiş bir yol qət etmişdir. Siz Azərbaycanı tarixində heç vaxt olmadığı qədər güclü dövlətə çevirmisiniz, regional lider kimi ölkənin nüfuzunu beynəlxalq aləmdə yüksəltmisiniz.

Sizin təşəbbüslərinizlə Azərbaycanda və regionda gedən nəhəng quruculuq işləri bizə ölkənin gələcəyinə inamla baxmağa imkan yaradır və ən mühüm nailiyyətlərinizin hələ qabaqda olduğunu deməyə əsas verir.

Cənab Prezident, Sizi, həmçinin qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm, Sizə və yaxınlarınıza xoşbəxtlik və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

 

Natiq Ağamirov

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, professor

Məktublar