Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 155 Bakı şəhəri, 8 may 2025-ci il

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, yerli flora növlərinin genefondunun qorunub saxlanılması və yaşıllıqların cins tərkibinin zənginləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299 (Cild I); 2024, № 1, maddə 78, № 3, maddə 354, № 6 (II kitab), maddə 715, № 10, maddə 1167, № 11, maddə 1252; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 9 aprel tarixli 105 nömrəli Qərarı) aşağıdakı məzmunda 4.37-ci bənd əlavə edilsin:

“4.37. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqedici sənədinə əsasən, əkin məqsədilə ölkəyə gətirilən ağaclar, kollar, kolcuqlar, ot bitkiləri.”.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları