“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 741 (Cild I); 2024, № 9, maddə 1090; 2025, № 9, maddə 879) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 11-ci hissədə “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə” sözləri “Kalibrlənmə” sözü ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi Qaydası” üzrə:
1.2.1. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“2.9. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamə hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.”;
1.2.2. aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:
“2.9-1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamənin qeydiyyatı Agentlik tərəfindən aparılır.”;
1.2.3. 2.10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“2.10. Attestasiya haqqında şəhadətnamə 3 (üç) gün müddətində hüquq sahibinə təqdim olunur.”;
1.3. həmin Qərarla təsdiq edilmiş 10 nömrəli əlavə - “Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi Qaydası” üzrə:
1.3.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.2. Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondu (bundan sonra - fond) ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatları, verilənlərin informasiya bazaları, dövlət kəmiyyət vahidi etalonları, standart nümunələrin və ölçmə vasitələrinin təsdiq edilmiş tipləri haqqında məlumatlar toplusu, attestasiya edilmiş ölçmə metodikaları (metodları), dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmələrin vahid siyahısı haqqında məlumatları özündə birləşdirir.” ;
1.3.2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. Fonda məlumatların daxil edilməsini və həmin məlumatların verilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) təşkil edir.”;
1.3.3. 2.1.6-cı yarımbəndə “tipləri” sözündən sonra “haqqında məlumatlar toplusu” sözləri əlavə edilsin;
1.3.4. 2.1.7-ci yarımbənd ləğv edilsin;
1.4. həmin Qərarla təsdiq edilmiş 11 nömrəli əlavə - “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər” üzrə:
1.4.1. adında və həmin Tələblərin 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncündə “Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə” sözləri “Kalibrlənmə” sözü ilə əvəz edilsin;
1.4.2. 1.1-ci bənddən “Qayda və” və “ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi qaydasını və” sözləri çıxarılsın;
1.4.3. 2-ci hissə ləğv edilsin;
1.4.4. 3.3.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.3.1. ölçmə vasitələrinin kalibrlənməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir.”;
1.4.5. 3.11.2-ci yarımbəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilir. Kalibrlənmə haqqında sertifikat hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.”;
1.4.6. aşağıdakı məzmunda 3.11.3-cü yarımbənd əlavə edilsin:
“3.11.3. Kalibrlənmə haqqında sertifikatın (kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələrinə dair kalibrlənmə haqqında sertifikatlar istisna olmaqla) və kalibrlənmə nişanının qeydiyyatı Agentlik tərəfindən aparılır.”;
1.4.7. həmin Tələblərə 2 nömrəli əlavə – “Kalibrlənmə sertifikatının forması”nın mətnindən “Möhür” sözü çıxarılsın və “Seal” sözü “QR kod” sözləri ilə əvəz edilsin.
2. “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 215 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 877 (Cild I); 2024, № 9, maddə 1090) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında və ikinci abzasında “və” sözü vergül işarəsi ilə əvəz edilsin və “bəyannamələrinin” sözündən sonra “, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların” sözləri əlavə edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası” üzrə:
2.2.1. adında və 1.1-ci bənddə “və” sözü vergül işarəsi ilə əvəz edilsin və “bəyannamələrinin” sözündən sonra “, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədinin tanınması haqqında qərarların” sözləri əlavə edilsin;
2.2.2. 1.2.1-ci yarımbənddə “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin yarımbəndə “bəyannaməsi” sözündən sonra “, uyğunluğu təsdiq edən sənəd və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərar” sözləri əlavə edilsin;
2.2.3. 1.2.2-ci yarımbəndə “təsdiq edən” sözlərindən sonra “, elektron formada tərtib edilən” sözləri əlavə edilsin;
2.2.4. 1.2.3-cü yarımbəndə “bəyan edildiyi” sözlərindən sonra “, elektron formada tərtib edilən” sözləri əlavə edilsin;
2.2.5. 2.1-ci bənddə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik)” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
2.2.6. 2.3-cü bəndin ikinci cümləsində və 4.1-ci bəndin ikinci cümləsində ismin müvafiq hallarında “Nazirlik” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
2.2.7. 2.4-cü bənddə “məlumatların təqdim edilməsi” sözləri “Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin, uyğunluğu təsdiq edən sənədin və xarici mənşəli uyğunluq sənədinin tanınması haqqında qərarın yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi zamanı məlumatların daxil edilməsi” sözləri ilə əvəz edilsin;
2.2.8. 2.5-2.14-cü bəndlər ləğv edilsin;
2.2.9. 2.15-ci bənddə “tanınmış xarici mənşəli uyğunluq sənədlərinin” sözləri “uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların” sözləri ilə, “tanınmış xarici mənşəli uyğunluq sənədinin Azərbaycan Respublikasında” sözləri “uyğunluğu təsdiq edən sənədin və xarici mənşəli uyğunluq sənədinin tanınması haqqında qərarın” sözləri ilə əvəz edilsin;
2.2.10. 2.16-cı bənddə “tanınmış xarici mənşəli uyğunluq sənədlərinin” sözləri “uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların” sözləri ilə, “tanınmış xarici mənşəli uyğunluq sənədi Azərbaycan Respublikasında” sözləri “uyğunluğu təsdiq edən sənədin və xarici mənşəli uyğunluq sənədinin tanınması haqqında qərar” sözləri ilə əvəz edilsin;
2.2.11. 3.5-ci bənddə “tanınmış xarici mənşəli uyğunluq sənədləri” sözləri “tanınmış xarici mənşəli uyğunluq sənədləri haqqında qərarlar” sözləri ilə əvəz edilsin;
2.2.12. 3.5.8-ci yarımbənddə “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin yarımbəndə “ləğv edilməsi” sözlərindən sonra “və yenidən rəsmiləşdirilməsi” sözləri əlavə edilsin;
2.2.13. aşağıdakı məzmunda 3.6-cı bənd əlavə edilsin:
“3.6. Reyestrə uyğunluğu təsdiq edən sənədlər barədə aşağıdakı məlumatlar daxil edilir:
3.6.1. uyğunluğu təsdiq edən sənədi təqdim edən uyğunluğu qiymətləndirən qurumun adı, hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;
3.6.2. təsdiqedici sənədin nömrəsi və tarixi;
3.6.3. malı (işi, xidməti) təklif edən hüquqi şəxsin adı, hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı, VÖEN;
3.6.4. orta riskli mal;
3.6.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturu;
3.6.6. orta riskli malın adı, növü, markası, modeli;
3.6.7. orta riskli malın partiya və ya seriya nömrəsi, miqdarı, istehsal tarixi;
3.6.8. malın istehsalçısının adı və ünvanı;
3.6.9. texniki reqlamentin, istinad edilmiş standartların və ya texniki şərtin adı, nömrəsi, tarixi;
3.6.10. malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair əlavə məlumat (olduqda);
3.6.11. təsdiqedici sənədin verilməsi ilə bağlı qərarın nömrəsi və tarixi.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 217 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 879 (Cild I); 2024, № 5 (II kitab), maddə 611; 2025, № 11, maddə 1099) ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2.1-ci yarımbəndə “təsdiq edən” sözlərindən sonra “, elektron formada tərtib edilən” sözləri əlavə edilsin;
3.2. 1.2.2-ci yarımbəndə “bəyan edildiyi” sözlərindən sonra “, elektron formada tərtib edilən” sözləri əlavə edilsin;
3.3. 1.2.12-1-ci, 2.3.8-ci və 3.3.8-ci yarımbəndlərin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 1.2.13-cü, 2.3.9-cu, 3.3.9-cu yarımbəndlər ləğv edilsin;
3.4. 2.3.6-cı və 3.3.8-ci yarımbəndlərdən “imzası,” sözü çıxarılsın;
3.5. 2.1-ci və 3.1-ci bəndlərdən “, realizə edilməzdən” sözləri çıxarılsın;
3.6. 2.20-ci bəndin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sertifikatın verilməsindən imtina haqqında qərar qəbul edildiyi gündən 2 (iki) iş günü müddətində təsərrüfat subyektinə təqdim edilir.”;
3.7. 2.21-ci, 2.29-cu, 2.38-ci, 2.40-cı, 2.43-cü, 3.19-cu, 3.20-ci, 3.21-ci, 3.22-ci, 3.33-cü, 3.35-ci və 3.40-cı bəndlər ləğv edilsin;
3.8. 2.22-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.22. Uyğunluq sertifikatının yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilir. Uyğunluq sertifikatı hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.”;
3.9. 2.36-cı, 2.44-cü, 3.31-ci, 3.34-cü və 3.38-ci bəndlərdə ismin müvafiq hallarında “Nazirlik” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
3.10. 2.37-ci və 2.39-cu bəndlərdən “və bu barədə məlumatı reyestrə daxil olunması üçün həmin gün ərzində Nazirliyə təqdim edir” sözləri çıxarılsın;
3.11. 2.42-ci bəndin ikinci cümləsindən “və bu barədə məlumatın reyestrə daxil olunması üçün həmin gün ərzində Nazirliyə təqdim edir” sözləri çıxarılsın;
3.12. 3.15-ci bəndin ikinci cümləsindən və 3.37-ci bəndin ikinci cümləsindən “və ya sifarişli poçt vasitəsilə göndərir” sözləri çıxarılsın;
3.13. aşağıdakı məzmunda 3.15-1-ci bənd əlavə edilsin:
“3.15-1. Uyğunluğu təsdiq edən sənədin yaradılması, qeydiyyatı, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi Agentliyin Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirilir. Uyğunluğu təsdiq edən sənəd hüquq sahibinin istəyindən asılı olaraq elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) və ya kağız daşıyıcıda hüquq sahibinə təqdim olunur.”;
3.14. həmin Qaydalara 1, 2, 3 və 4 nömrəli əlavələrdə “İmza / Signature
M.Y. (olduqda) / Stamp (if any)” sözləri “QR kod” sözləri ilə əvəz edilsin;
3.15. 4-cü hissə ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 323 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1190 (Cild I); 2025, № 9, maddə 879) ilə təsdiq edilmiş “Məlumat mərkəzinin yaradılması və fəaliyyət Qaydası”nın 1.3.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“1.3.2. standart - təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, standartlaşdırma obyektlərinə dair qaydaları, tövsiyələri, texniki xarakteristikaları müəyyən edən, tətbiqi könüllü olan normativ sənəd;”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 24 may tarixli 283 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 620) ilə təsdiq edilmiş “Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3-cü hissədə “hər il” sözləri “beş ildən gec olmayaraq” sözləri ilə əvəz edilsin;
5.2. 5-ci hissədə “hər” sözü “yoxlamanın aparıldığı” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 284 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 621; 2025, № 9, maddə 879) ilə təsdiq edilmiş “Standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişiklik edilməsi və nəşri Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.2.6-cı yarımbənddə “malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun” sözləri “standartlaşdırma obyektlərinin” sözləri ilə əvəz edilsin;
6.2. 2.4.1-ci yarımbəndin birinci cümləsində və 2.4.2.1-ci abzasında “mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə), istehsal metoduna” sözləri “standartlaşdırma obyektlərinə” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 6 mart tarixli 61 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 3, maddə 272) ilə təsdiq edilmiş “Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı”nın “Qeydlər” hissəsində “(satışda) realizə” sözləri “satış” sözü ilə əvəz edilsin.
8. “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 iyul tarixli 224 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 7, maddə 728) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2-ci hissədən “texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsini təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatların daxil olduğu” sözləri çıxarılsın və “və uyğunluq bəyannamələrinin reyestrinin” sözləri “uyğunluq bəyannamələrinin, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların reyestrinin” sözləri ilə əvəz edilsin;
8.2. 3-cü hissədə (birinci halda) “və” sözü vergül işarəsi ilə əvəz edilsin və “bəyannamələrinin” sözündən sonra “, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların” sözləri əlavə edilsin;
8.3. həmin Qərarla təsdiq edilmiş “Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası”nın 2.2-ci bəndində “və uyğunluq bəyannamələrinin” sözləri “, uyğunluq bəyannamələrinin, uyğunluğu təsdiq edən sənədlərin və xarici mənşəli uyğunluq sənədlərinin tanınması haqqında qərarların” sözləri ilə, “ uyğunluq sənədləri” sözləri “uyğunluq sənədlərinin tanınması haqqında qərarlar” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 12 ” “ may ” 2026-cı il
№ 140

