№ 314 Bakı şəhəri, 21 oktyabr 2025-ci il
Tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının təsdiq edilməsi və “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 217-VIIQD nömrəli Qanununun tətbiqi və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 170 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 437 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Tibb müəssisələrində şəxslərin orta sutkalıq qida normaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Təhsil müəssisələrində şəxslərin qida normaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 78, № 5 (II kitab), maddə 618, № 9, maddə 1067) ləğv edilsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-3-cü hissələri nəzərə alınmaqla, müvafiq müəssisələrin cari ildə fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

