Səfərbərlik Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

post-img

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə XQ-yə SHÇDX-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.

Sonra "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.











Qan yaddaşı