Ləğvetmə prosesində olan “Gözəllik” ASC səhmdarlarının nəzərinə!

post-img

30 yanvar 2026-cı il saat 14:00-da “Gözəllik” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi

2. Cəmiyyətin qalıq əmlakının (pul vəsaitinin) səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunması

3. Cəmiyyətə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması

4. Digər məsələ.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün hər həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin ləğvetmə komissiyasına müraciət edə bilərlər.

Əlaqə nömrəsi: +99470-306-66-98.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 130.

Reklam və elan