“Gəncə Yol Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2026-cı il saat 16.00-da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda qanunvericiliyə müvafiq qaydada müraciət etməklə tanış olmaq mümkündür.
Ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiqləyən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında səhmdar özü, yaxud notarius tərəfindən təsdiqlənmiş etibarnamə əsasında səlahiyyətli nümayəndə iştirak edə bilər.
“Gəncə Yol Tikini-2” ASC-nin idarə heyəti

