Göygöl beynəlxalq veloturun iştirakçılarını coşqu ilə qarşıladı

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı–Xankəndi” beynəlxalq velosiped turunun növbəti mərhələsi mayın 13-də Göygöl rayonu ərazisindən keçib. Beynəlxalq yarışın iştirakçıları rayon sakinləri tərəfindən böyük ruh yüksəkliyi və xüsusi coşqu ilə qarşılanıblar.

Veloturun Göygöl mərhələsinə rayon ərazisində yüksək səviyyədə hazırlıq görülüb, marşrut boyunca səliqə-sahman işləri aparılıb, idmançıların təhlükəsiz və rahat hərəkəti üçün bütün zəruri tədbirlər həyata keçirilib. Yolboyu toplaşan sakinlər, gənclər və idmansevərlər velosipedçiləri alqışlarla salamlayaraq yarış iştirakçılarına dəstək nümayiş etdiriblər. Xüsusilə gənclərin və uşaqların yarışa göstərdiyi maraq tədbirə əlavə rəng qatıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) C2.1 kateqoriyalı turniri olan “Bakı–Xankəndi” veloturunda dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət yarışın dördüncü mərhələsi 152,7 kilometrlik məsafəni əhatə edir.

Qeyd edək ki, beynəlxalq velotura mayın 14-də Xankəndi şəhərində yekun vurulacaq.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri























Sosial həyat