Azərbaycan Turizm və Menecment Universiteti dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edir

post-img

Sosial İdarəetmə fakültəsi üzrə - 1 yer

Elan qəzetdə dərc olunduğu gündən 1 ay müddətində sənədlər saat 10:00-dan 17:00-dək Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər [email protected] e-mail ünvanı vasitəsilə elektron qaydada da qəbul edilir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Rektorun adına ərizə

2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə)

3. Tərcümeyi-hal

4. Şəxsiyyət vəsiqəsinin surəti

5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydada təsdiqlənmiş surətləri

6. Elmi və elmi-metodiki işlərin siyahısı

7. Dekanın (namizədin) müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Müsabiqə elan olunan müəssisədə çalışan namizədlərdən isə yalnız aşağıdakı sənədlər tələb edilir:

1. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri

2. Elmi və elmi-metodiki işlərin siyahısı

3. Dekanın (namizədin) müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Telefon: 564-42-33 (daxili-115).

Ünvan: AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, otaq 103.

Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.

Rektorluq

Reklam və elan