“Gənclik” ASC səhmdarlarının nəzərinə!

post-img

12 iyun 2026-cı il saat 12:00-da cəmiyyətin səhmdarlarının növbəti illik ümumi yığınacağı “Zoom” proqramı vasitəsilə onlayn qaydada keçiriləcəkdir. Bununla əlaqədar ümumi yığıncaqda iştirak etmək üçün sizi “Ganjlik” onlayn qrupa daxil etmək məqsədilə 11 iyun 2026-cı il saat 11:00-dan saat 22:00-dək adınızı, soyadınızı və atanızın adını 050-398-03-13 mobil telefon nömrəsinə “Whatsapp” vasitəsilə göndərməyiniz tələb olunur.

Gündəlikdəki məsələlər:

1. 2025-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.

2. Sair məsələlər.

2026-cı il iyunun 12-də ümumi yığıncaqda iştirakınızı təsdiq etmək üçün saat 11:00-dək şəxsiyyətinizi təsdiq edən sənədin surətini 050-398-03-13 mobil telefon nömrəsinə “Whatsapp” vasitəsilə göndərməyiniz tələb olunur və saat 11:30-dək (yəni iclasın başlanmağına 30 dəqiqə qalmış) “Zoom” proqramı ilə keçirilən ümumi yığıncağa qoşulmaq və yığıncağın müzakirəsində iştirak etmək üçün” “Whatsapp” vasitəsilə “Ganjlik” onlayn qrupa daxil olmaq və qrupun təşkilatçısı kimi “Ümumi yığıncağ”ın adından paylaşdığımız linkə daxil olmalısınız.

Ümumi yığıncağın gündəliyinin materialları ilə tanışlıq üçün 2026- cı il mayın 29-dan sonra cəmiyyətin direktoruna müraciət etmək olar. Səhmdarların iştirakı vacibdir.

Telefon: (012) 465-84-90.

DİREKTOR

Reklam və elan