“Dövlət öz yerindədir və heç kimə onu hər hansı bir yolla devirməyə imkan verilməyəcək”. Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət siyasətçilərinin “dövlətin dinc yolla devrilməsi” ilə bağlı bəyanatlarını şərh edərkən söyləyib.
Xatırladaq ki, “Rustaveli prospekti hərəkatı”nın lideri Paata Burçuladze oktyabrın 4-nü - yerli hakimiyyət orqanlarına seçkilər gününü “tarixi qələbə və hökumətin dinc yolla devrilməsi günü” elan edib. Müxalifət Burçuladzenin ideyasını dəstəkləsə də, tarix haqqında danışmağın yersiz olduğunu bəyan edib.
Gürcüstan hökumətinin başçısı isə deyib ki, heç kimə dövləti devirməyə imkan verilməyəcə: “Biz bu illər ərzində cəmiyyətə söz vermişik ki, heç kimə bunu etməyə imkan verməyəcəyik və sözümüzü tutmuşuq, indi də söz veririk və bu sözə mütləq əməl edəcək: “Baş nazirin sözlərinə görə, bu cür açıqlamalar radikal müxalifətin simasını göstərir. Bütün bu illər ərzində onlar davamlı olaraq hökuməti devirməkdən, inqilabdan danışırlar. Onların uğur qazanmaması isə onların sifətindən, ruhundan və münasibətindən xəbər verir. Xarici agentlər belə hərəkət edirlər.
2025-ci il oktyabrın 4-də Gürcüstanın 64 şəhər və rayonunda eyni vaxtda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Seçkilərdə 14 partiya iştirak edəcək.
XQ