Viktor Orban: Biz bu gün Qəbələdə ümumi dəyərlərimizin, ortaq irsimizin və güclü birliyin təntənəsini görürük

post-img

Bu gün Qəbələdə biz yalnız toplantıda iştirak etmirik, həm də ümumi dəyərlərimizin, ortaq irsimizin və güclü birliyin təntənəsini görürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

Səmimi dəvətə və göstərilən misilsiz qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirən V.Orban qeyd edib ki, Avropadan fərqli olaraq, burada ailə dəyərlərinə hörmət və ənənələrə sadiqlik görünür. “Biz burada bəşəri dəyərlərin qorunduğu, sabitliyin və qarşılıqlı inamın hökm sürdüyü bir mühiti müşahidə edirik. Bu toplantıda güclü liderlər bir araya gələrək gələcəyə yönəlik ortaq layihələr və strateji planlar barədə fikir mübadiləsi aparırlar. Azərbaycan Prezidenti İlham Əliyevin nailiyyətləri, ölkəsində həyata keçirilən bərpaolunan enerji layihələri, sülh və əməkdaşlığa verdiyi önəm onu göstərir ki, bu regionda uzaqgörən və uğurlu siyasət həyata keçirilir”, - deyə Macarıstanın Baş naziri vurğulayıb.

Siyasət