Mən Prezident İlham Əliyevi 2026-cı ildə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü üçün təbrik edirəm. Bu, onun Ermənistanla münaqişəyə son qoymaqda liderliyinin layiqincə tanınması deməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Horta deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin paraflanması dünyada sülh sahəsində əsl liderlərin az olduğu bir vaxtda baş tutdu.

