FHN Şahbuzdakı orta məktəbində təlim keçirib

post-img

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Şahbuz şəhər 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış və təxliyə qaydaları” mövzusunda təlim keçirilib.

Nazirliyin aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd təhsil ocağının kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə təlimin nəzəri hissəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib. Təlimin praktiki hissəsinə şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən şagirdlərin təxliyəsi həyata keçirilib, “zərəçəkmişlər”ə ilkin tibbi və psixoloji yardım göstərilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

P.ƏMİRCANOV
XQ

 





Sosial həyat