Bakıda Azərbaycan-Belarus hökumətlərarası komissiyanın 15-ci iclası keçiriləcək

post-img

Oktyabrın 28-də Bakıda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.

Nazirlər Kabinetindən XQ-yə bildiriblər ki, iclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edəcəklər.

Tədbirdə iki ölkə arasında 2024–2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası müzakirə olunacaq, eyni zamanda sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində birgə layihələrin icrası imkanları nəzərdən keçiriləcək.

Oktyabrın 29-da Komissiyanın həmsədrlərinin rəhbərliyi ilə nümayəndə heyətinin Füzuli və Ağdam rayonlarına səfəri planlaşdırılıb. Səfər çərçivəsində bir sıra layihələrə baxış keçiriləcək.

Siyasət