Baş nazir: Azərbaycan ilə Türkiyəni dərin tarixi köklər üzərində qurulmuş qardaşlıq münasibətləri birləşdirir

post-img

Azərbaycan ilə Türkiyəni dərin tarixi, mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında deyib.

O qeyd edib ki, 2021-ci il iyunun 15-də prezidentlər tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsi iki ölkənin münasibətlərini müttəfiqliyin ən yüksək zirvəsinə qaldırıb.

Baş nazirin sözlərinə görə, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan şəxsi münasibətlər və sıx təmaslar strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edən əsas amildir.

Siyasət