Azərbaycanın səfiri Ramil Rzayev etimadnaməsini Sinqapur Prezidenti Tharman Şanmuqaratnama təqdim edib.
XQ xəbər verir ki, bu barədə İndoneziyadakı Azərbaycan səfirliyi sosial mediada məlumat yayıb.
"Rəsmi mərasimdən sonra ikitərəfli görüş keçirilib və tərəflər Azərbaycan və Sinqapur arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər", - deyə açıqlamada bildirilir.



